Bank Of Baku

İran parlamentinin üzvü: “İranın nüvə obyektlərini təftiş edən müfəttişlər arasında İsrail casusları var”

İran parlamentinin üzvü: “İranın nüvə obyektlərini təftiş edən müfəttişlər arasında İsrail casusları var”
# 13 yanvar 2012 11:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə obyektlərini təftiş edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri arasında İsrail casusları var və onlar qətlə yetirilən iranlı alimlərin adlarını terrorçu qruplara verirlər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd Kərəmi Rəd deyib.

Komissiyanın digər üzvü Qulamrza Kərəmi isə beynəlxalq agentliklə əməkdaşlığın narahatlıq doğurduğunu bildirib: “Son sui-qəsdin Məsud Əliməhəmmədinin qətlə yetirilməsinin ildönümündə təşkil edilməsi diqqəti cəlb edir. Bu hadisə ABŞ və müttəfiqlərinin İranın inkişafını əngəlləməyə istiqamətlənmiş planlı bir hərəkətdir”.

Q. Kərəmi də beynəlxalq agentliyin İranın tanınmış nüvə alimlərinin adlarını ABŞ və İsrailə təqdim etmiş ola biləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR