Bank Of Baku

İranda azərbaycanlı fəal ömürlük həbsə məhkum edilib

İranda azərbaycanlı fəal ömürlük həbsə məhkum edilib
# 14 yanvar 2012 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Urmiya şəhərinin Mərkəzi Həbsxanasında saxlanılan əliallahı (əhli-haqq, ələvi) təriqətindən olan azərbaycanlı fəal Yunis Ağayanın edam hökmü qaldırılıb. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, o, məhkəmə tərəfindən ömürlük həbsə məhkum edilib.
Qeyd edək ki, Miyandabın (Qoşaçay) Üçtəpə kəndindən olan Y.Ağayan 2004-cü ildə dörd azərbaycanlı fəal - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Mehdi Qasımzadə ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət göstərmək ittihamıyla həbs edilib. Məhkəmə əvvəlcə onların hamısı barəsində edam hökmü çıxarıb. Ancaq sonradan İ.Qasımzadə, S.Məhəmmədi və B.Məhəmmədin üzərindən bu hökm götürülüb və onlar Yəzd həbsxanasına sürgün edilməklə 13 illik həbsə məhkum olunublar, M.Qasımzadə və Y.Ağayanın barəsində çıxarılmış edam qərarı isə qüvvədə qalıb. Nəticədə Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb. "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) dəfələrlə bəyanat yayaraq Y.Ağayanın edam hökmünün ləğv olunmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR