Bank Of Baku

BMT baş katibi: «Bəşər Əsəd sözünün üstündə durmadı»

BMT baş katibi: «Bəşər Əsəd sözünün üstündə durmadı»
# 14 yanvar 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Prezident Bəşər Əsəd Suriya lideri kimi öz ölkəsinin əhalisinin müdafiəsinə görə tam olaraq məsuliyyət daşıyır. Livanda səfərdə olan BMT baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib.

«Əsəd mənə dinc nümayişlərə qarşı güc tətbiqinə son qoymağı söz vermişdi, lakin indiyədək sözünün üstündə durmayıb», deyə baş katib bildirib. O qeyd edib ki, «Suriyadakı repressiyalar dayandırılmalı və real dialoq və demokratik islahatların yolu açılmalıdır».

«Suriya hakimiyyəti xalqın qanuni tələblərinə qulaq asmalıdır. Ümid edirəm ki, Təhlükəsizlik Şurası Suriyadakı hadisələrə ciddi yanaşacaq və ortaya birgə mövqe qoyacaq. Suriyadakı böhranla bağlı dünya ictimaiyyətinin vahid səslə danışması vacibdir», deyə BMT baş katibi əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR