Bank Of Baku

Neytrallar Hərəkatı iranlı nüvə fizikinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb

Neytrallar Hərəkatı iranlı nüvə fizikinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb
# 14 yanvar 2012 08:22 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. 120-yə yaxın dövlətin daxil olduğu Neytrallar Hərəkatı İranlı alim və professor Mustafa Əhmədi Roşanın qətlini pisləyən bəyanat yayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bu qətli törədənlərin beynəlxalq sülh və təhlükəsizliyə zərbə vurmaq istədikləri bildirilir. Hərəkat baş verən hadisəni terror aktı kimi dəyərləndirib. İranın nüvə sahədə aparıcı alimlərindən biri hesab edilən Mustafa Əhmədi Roşan bir neçə gün öncə Tehranda terror nəticəsində qətlə yetirilib. Qeyd edək ki, Azərbaycan da Neytrallar Hərəkatının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR