Bank Of Baku

Ukrayna İranın mübahisəli nüvə proqramının yalnız danşıqlar yolu ilə həllini vacib sayır

Ukrayna İranın mübahisəli nüvə proqramının yalnız danşıqlar yolu ilə həllini vacib sayır
# 14 yanvar 2012 10:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İrana hərbi hücum dünya iqtisadiyyatına böyük zərbə endirəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko çıxış edib.

Onun sözlərinə görə, rəsmi Kiyev İranla bağlı son dövrdə baş verən hadisələrin gedişatından narahatdır: “İrana hərbi müdaxilə neftin qiymətini xeyli yüksəldəcək və bu da dünya iqtisadiyyatına ağır zərbə vuracaq. Bu da nəticə etibarilə Ukrayna iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Konstantin Qrişenko İranla Qərb arasında yaranmış gərginliyin narahatlıq doğurduğunu deyərək Tehranın mübahisəli nüvə proqramının yalnız danşıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR