Bank Of Baku

BMT baş katibi iranlı nüvə aliminin qətlini pisləyib

BMT baş katibi iranlı nüvə aliminin qətlini pisləyib
# 14 yanvar 2012 10:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. BMT baş katibi Pak Gi Mun iranlı nüvə alimi Mustafa Əhmədi Rövşənin qətlini pisləyib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, BMT baş katibi elm adamı və ya vətəndaşlara qarşı həyata keçirilmiş hər cür terror aktını şiddətlə qınadığını ifadə edərək, insan haqlarının dəstəklənilməsinin lazım olduğunu bildirib. Eyni zamanda Pan Gi Mun hər kəsi insan haqlarına riayət etməyə çağırıb.

Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bir neçə gün əvvəl BMT baş katibi, Baş Assambleya və Təhlükə Şurasına Mustafa Əhmədi Rövşənən qarşı həyata keçirilmiş terror aktının qınanılması üçün məktub ünvanlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR