Bank Of Baku

İranda son 9 ayda qaçaqmalçılardan bir tona yaxın narkotik maddə müsadirə olunub

İranda son 9 ayda qaçaqmalçılardan bir tona yaxın narkotik maddə müsadirə olunub
# 14 yanvar 2012 11:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranda narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslərdən bir tona yaxın narkotik maddə götürülüb”. APA-nın məlumatına görə, bu barədə İranda Narkotiklə Mübarizə Təşkilatının sədr müavini Taha Tahiri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təşkilatın İranda narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı apardığı araşdırmaların nəticəsində belə bir rəqəm ortaya çıxıb: “Ölkədə son 9 ay ərzində həbs edilən şəxslərdən ümumilikdə 1000 kiloqram narkotik maddə götürülüb. Bu sahədə yetərli informasiya və təhlillərin olmaması polisin apardığı əməliyyatların uğursuzluqla nəticələnməsinə səbəb olur”.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının “Ölümə alışqanlıq” adlı hesabatına əsasən, ötən il İranda 488 nəfər narkotik maddələrin alqı-satqısı və istifadəsində ittiham olunaraq edam edilib. Bu rəqəm ümumi edamların 81 faizini təşkil edir. Hesabatda qeyd edilib ki, narkotiklərə görə ölüm cəzası İran cəmiyyətinin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir. Statistik məlumatlara görə, dünyanın ən böyük tiryək bazarına çevrilən İranda 2 milyon narkoman var və bu ölkədə narkotik maddə qaçaqmalçıları və istifadəçiləri edam cəzasına məhkum edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR