Bank Of Baku

İran ABŞ və Böyük Britaniyaya etiraz məktubu göndərib

İran ABŞ və Böyük Britaniyaya etiraz məktubu göndərib
# 14 yanvar 2012 11:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyaya etiraz məktubu göndərib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məktubda iranlı nüvə alimi Mustafa Əhmədi Rövşənə qarşı həyata keçirilmiş sui-qəsddə bu ölkələrin birbaşa məsuliyyət daşıdığı bildirilib. Böyük Britaniyaya ünvanlanmış məktubda iranlı nüvə alimlərinə qarşı terror aktlarının bu ölkənin kəşfiyyat orqanının rəhbərinin açıqlamalarından sonra həyata keçirildiyi qeyd olunub. İranda ABŞ-ın maraqlarını qoruyan İsveçrə səfirliyi vasitəsilə rəsmi Vaşinqtona ünvanlanmış məktubda isə bu ölkənin terrorçu qruplarını dəstəkləməsi faktları ilə bağlı Tehranın təqdim etdiyi sənədləri cavabsız qoyduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR