Bank Of Baku

Yaponiya hökuməti İrandan neft idxalını azaltmağa qərar verməyib

Yaponiya hökuməti İrandan neft idxalını azaltmağa qərar verməyib
# 14 yanvar 2012 11:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Yaponiya Xarici İşlər Nazirliyi İrandan neft idxalını azaltmaq haqqında heç bir qərar alınmadığını açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məlumatda rəsmi Tokionun hələlik belə bir addım atmaq üçün göstəriş vermədiyi bildirilib.

Qeyd edək ki, Yaponiyanın maliyyə və iqtisadiyyat naziri Dzyun Azumi ölkəsinin ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyərək Tehrandan neft idxalını azaltmağa razılaşdığını açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR