Bank Of Baku

İranla ticarət əlaqələrini kəsməsi üçün “Fiat” avtomobil şirkətinə qarşı beynəlxalq kampaniya başlayıb

İranla ticarət əlaqələrini kəsməsi üçün “Fiat” avtomobil şirkətinə qarşı beynəlxalq kampaniya başlayıb
# 14 yanvar 2012 16:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla ticarət əlaqələrini kəsməsi üçün “Fiat” avtomobil şirkətinə qarşı beynəlxalq kampaniya başlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunun üçün ABŞ-da fəaliyyət göstərən “İranın nüvə proqramının əleyhinə olan müttəfiqlər qrupu” tanınmış şəxslərə müraciət ünvanlayıb. Onlardan biri də məşhur amerikalı aktrisa və müğənni Cenifer Lopezdir. Müğənniyə ünvanlanmış məktubda öz şöhrətindən istifadə etməklə “Fiat” avtomobil şirkətini İranla ticarət əlaqələrini kəsməsi üçün razı salmaq xahiş olunub. Əks təqdirdə şirkətin reklam filmlərində oynamağı rədd etməsi istənilib. Ancaq hələlik Cenifer Lopez bu təklifə cavab verməyib.

Qeyd edək ki, “İranın nüvə proqramınn əleyhinə olan müttəfiqlər qrupu” "Fiat" avtomobil şirkətinə mənsub "İveco" firmasının İrana yük maşını satdığını bildirir. Bu qrupun əsas hədəfi İranla əməkdaşlıq edən beynəlxalq şirkət və firmalara təzyiq göstərərək onları Tehranla əlaqələrini kəsməyə məcbur etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR