Bank Of Baku

Devid Kameron: “İran Hörmüz boğazını bağlaya bilməz”

Devid Kameron: “İran Hörmüz boğazını bağlaya bilməz”
# 14 yanvar 2012 23:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Hörmüz boğazını bağlaya bilməz. Əgər rəsmi Tehran belə bir addım atarsa, onda dünya ölkələri səfərbər olub bunun qarşısını alacaq”. APA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanında səfərdə olan Böyük Britaniyanın baş naziri Devid Kameron jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı «qırmızı xətdir»: “Çünki neftin böyük hissəsi bu boğazdan keçən tankerlər vasitəsilə daşındığından bütün dünya ölkələrinin maraqlarının toqquşduğu məsələdir. Ona görə də İran Hörmüz boğazını bağlayarsa, bütün dünya ölkələri əl-ələ verib istənilən vasitələrlə onu açacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR