Bank Of Baku

İranda sənədsiz xarici valyutaya malik vətəndaşlar həbs ediləcək

İranda sənədsiz xarici valyutaya malik vətəndaşlar həbs ediləcək
# 16 yanvar 2012 07:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Əgər hansısa ölkə vətəndaşının üzərində faktura sənədi olmayan dollar və avro aşkar edilsə, həmin valyuta qaçaqmal kimi müsadirə ediləcək, həmin şəxsin özü isə həbs olunaraq məhkəməyə veriləcək”. APA-nın məlumatına görə, bu fikirləri İran Mərkəz Bankının Nəzarət və Təftiş Komissiyası sədrinin müavini İbrahim Dərvişi bildirib. Onun sözlərinə görə, bu qərar yanvarın 15-dən bütün ölkə vətəndaşlarına şamil olunur: “İran vətəndaşları dollar və ya avronu rəsmi valyutadəyişmə məntəqələrindən almalı və üzərlərində haradan aldıqlarına dair faktura sənədi olması lazımdır. Faktura sənədi olmayan valyuta qanunazidd sayılacaq və hər kəsin əlində tutulsa həbs olunacaq. Nəticədə həmin şəxsə həmin valyutanın iki misli həcmində cəza təyin ediləcək. Ona hətta həbs cəzası da verilə bilər”.

İbrahim Dərvişi həmçinin deyib ki, ölkəyə xaricdən valyuta gətirən şəxslərdə pulun miqdarını göstərən rəsmi sənəd olmalıdır. Əks təqdirdə həmin şəxslər qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. İran Mərkəz Bankının rəsmisi ölkənin valyutadəyişmə məntəqələrinə xəbərdarlıq etməyi də unutmayıb: “Qanunazidd addımlar atan valyutadəyişmə məntəqələri bağlanacaq və onların fəaliyyət göstərmələri üçün verilmiş icazə vərəqələri ləğv ediləcək”.

Qeyd edək ki, iki həftə əvvəl İranda milli valyutanın dəyəri xeyli aşağı düşüb, xarici valyutanın dəyəri artıb. İbrahim Dərvişi isə bu məsələdə dəllalları günahlandıraraq İran təhlükəsizlik orqanlarının bunun qarşısını alacağını vurğulamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR