Bank Of Baku

İranda nüvə fiziki Mustafa Əhməd Rövşənin qətlində şübhəli bilinən bir neçə nəfər həbs olunub

İranda nüvə fiziki Mustafa Əhməd Rövşənin  qətlində şübhəli bilinən bir neçə nəfər həbs olunub
# 16 yanvar 2012 15:05 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. İranda nüvə fiziki Mustafa Əhməd Rövşənin qətlində şübhəli bilinən bir neçə nəfər həbs olunub. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin sədri Əli Laricani bildirib ki, təhqiqatçılar toplanan sübut və dəlilləri təhlil etməklə cinayətkarların izinə düşə biliblər. Buna baxmayaraq spiker həbs olunan şəxslərin sayı, məşğuliyyəti, milli mənsubiyyəti və vətəndaşlığı haqqında məlumat verməyib.

Qeyd edək ki, İran hakimiyyəti bu qətlin törədilməsində ABŞ, Böyük Britaniya və İsrail xüsusi xidmət orqanlarını günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR