Bank Of Baku

“Müsəlman Qardaşları”nın nümayəndəsi Misir parlamentinin sədri seçilib

“Müsəlman Qardaşları”nın nümayəndəsi Misir parlamentinin sədri seçilib
# 17 yanvar 2012 09:40 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Misirdə keçirilən parlament seçkilərində yerlərin 45 %-dən çoxunu əldə edən, “Müsəlman Qardaşları” hərəkatı tərəfindən yaradılmış Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd Saad əl Katatni parlamentin yeni sədri olub. M. S. Katatninin namizədliyi parlamentdəki bütün partiyalar tərəfindən dəstəklənib. Onun müavinləri postuna Sələfi Nur Partiyası və liberal Vəfd Partiyasının təmsilçiləri seçilib.

Misir parlamentinin yeni sədri müvəqqəti hökumət və Ali Hərbi Şura ilə əməkdaşlıq edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR