Bank Of Baku

Mahmud Əhmədinejad: “ABŞ müstəmləkə dövrünü silah gücünə, demokratiya və azadlıq şüarları ilə yenidən canlandırmağa çalışır”

Mahmud Əhmədinejad: “ABŞ müstəmləkə dövrünü silah gücünə, demokratiya və azadlıq şüarları ilə yenidən canlandırmağa çalışır”
# 17 yanvar 2012 12:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “ABŞ müstəmləkə dövrünü silah gücünə, demokratiya və azadlıq şüarları ilə yenidən canlandırmağa çalışır. Bu gün ABŞ əlində silah demokratiya axtarışındadır”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Ekvador televiziyasına müsahibəsində İran prezidenti Mahmud Əhmədinejad deyib.

M. Əhmədinejad bildirib ki, bu gün bölgədə siyasi həyatı boyunca bir dəfə də normal seçki görməyən ölkələr var, qadınların avtomobil idarə etmək hüququ belə yoxdur, ancaq ABŞ onlarla çox yaxın və səmimidir: “Onlara qarşı insan hüquqları və ya demokratiya sahəsində heç bir iddia irəli sürmürlər. Latın Amerikası ölkələri yüz illər boyu müstəmləkəçilərin hakimiyyəti altında olub. Mədəniyyət və sivilizasiya beşiyi olan bu bölgəni müstəmləkəçilər işğal edərək millətlərinə hakim olublar, bütün sərvətlərini talan ediblər. Lakin Latın Amerikası xalqları mübarizə apararaq öz müstəqil dövlətlərini qurublar. Bu gün tamamilə müstəqil bir siyasət yürüdən Ekvador dövləti öz milli mənfəətləri istiqamətində addımlar atır və beynəlxalq arenada ədalət və sülhün tərəfdarı kimi çıxış edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR