Bank Of Baku

İranın daxili işlər naziri Rusiyaya gedir

İranın daxili işlər naziri Rusiyaya gedir
# 18 yanvar 2012 10:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yanvarın 22-də İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Rusiyaya səfərə gedəcək. APA-nın məlumatına görə, üç gün davam edəcək səfər çərçivəsində iranlı nazir həmkarı Rəşid Nurqəliyev və digər rəsmi şəxslərlə görüşəcək.

İran Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bageri isə yanvarın 18-də Rusiyaya gedib. O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bu ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə İran-Rusiya münasibətləri, regional və beynəlxalq məsələlərlə yanaşı, Tehranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə keçirəcəyi müzakirələr haqda fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR