Bank Of Baku

ABŞ donanması daha bir neçə iranlı balıqçını xilas edib

ABŞ donanması daha bir neçə iranlı balıqçını xilas edib
# 19 yanvar 2012 15:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ Hərbi Dəniz Qüvvələri daha bir neçə iranlı balıqçını xilas edib. APA-nın məlumatına görə, “USS Dewey” təyyarədaşıyan gəmsinə məxsus vertolyot Oman körfəzində İran balıqçı gəmisinin batmaq təhlükəsi ilə qarşılaşdığının şahidi olub. Bundan sonra “USS Dewey” həmin balıqçı gəmisinin ekipaj üzvlərini xilas etmək üçün köməyə gəlib. Bir nəfərdən başqa qalan iranlı balıqçıların yardım təklifini qəbul etdiyi və ABŞ gəmisinə keçdikləri bildirilib. İranlı balıqçılar ac və susuz olduğundan onlara 70 kiloqramdan çox ərzaq verilib. Amerikalılar gəmini batmaq təhlkəsindən qurtarmaq üçün üç gün mübarizə aparsalar da, buna nail ola bilməyiblər. Qeyd edək ki, ABŞ donanması on gün ərzində üçüncü dəfədir iranlıları xilas edir. ABŞ dənizçiləri yanvarın 7-də Somali quldurlarının girov saxladığı 13 İran vətəndaşını, yanvarın 11-də isə Fars körfəzində batmaqda olan “Əl-Mənsur” adlı gəmidəki 6 iranlını xilas edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR