Bank Of Baku

Səudiyyə şahzadəsi Türki əl-Feysəl: “İran beynəlxalq qərarlar aldığımız zaman bizi təhdid etməməlidir”

Səudiyyə şahzadəsi Türki əl-Feysəl: “İran beynəlxalq qərarlar aldığımız zaman bizi təhdid etməməlidir”
# 19 yanvar 2012 15:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Səudiyyə Ərəbistanı istər özünün, istərsə də Fars körfəzi bölgəsinin təhlükəsizliyini təmin etmək üçün bütün variantlardan istifadə edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat naziri şahzadə Türki əl-Feysəl bildirib. Onun sözlərinə görə, İran atdığı addımlarda diqqətli olmalıdır: “Bizim mənafeyimizə və təhlükəsizliyimizə qarşı meydana gələ biləcək hər hansı bir təhdidə qarşı özümüzü, milli və regional təhlükəsizliyimizi qorumaq üçün bütün variantlardan istifadə edə bilərik. İran beynəlxalq qərarlar aldığımız zaman bizi təhdid etməməlidir. Hörmüz boğazının təhlükəsizliyinə xələl gətirməməli və dünyanın ehtiyacı olduğu enerji resurslarının daşınmasına şərait yaratmalıdır. Bu gün müttəfiqlərimiz bölgənin təhlükəsizliyini təmin etməyə çalışır. Bu işlər hamısı dinc məqsəd daşıyır. Lakin İran davamlı olaraq bölgənin təhlükəsizliyini təhdid altında qoyur, təxribatla məşğul olur, xarici müdaxilələri zəruri edir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR