Bank Of Baku

İran nüvə aliminin qətlində BMT-dən şübhələnir

İran nüvə aliminin qətlində BMT-dən şübhələnir
# 20 yanvar 2012 18:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran hökuməti nüvə alimi Mustafa Əhmədi Rövşənə qarşı yanvarın 11-də paytaxt Tehran şəhərində həyata keçirilmiş sui-qəsddə BMT-dən şübhələnir. APA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsinin müavini Əşhaq əl-Həbib deyib ki, rəsmi Tehran BMT-nin nəzdində olan qurumların alimi qətlə yetirənləri məlumatla təmin etməsindən şübhələnir: “Terrorçuların BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısından, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iranlı mühəndislərdən aldığı məlumatlardan kəşfiyyat materialları kimi istifadə etdiyini düşünürük. Özü də Mustafa Əhmədi Rövşən ölümündən əvvəl AEBA müfəttişləri ilə görüşüb. Bu da BMT qurumlarının İranın nüvə obyektləri və elm adamları haqqında məlumat sızdırdığına dair bizdə şübhə yaradır".
BMT-nin mətbuat katibi Martın Nesirki isə artıq İranın irəli sürdüyü iddiaların araşdırıldığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR