Bank Of Baku

İranın BMT-dəki daimi nümayəndəsi: «İran ciddi təhdidlə üzləşməyəcəyi müddətdə Hörmüz boğazını bağlamayacaq»

İranın BMT-dəki daimi nümayəndəsi: «İran ciddi təhdidlə üzləşməyəcəyi müddətdə Hörmüz boğazını bağlamayacaq»
# 20 yanvar 2012 20:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran ciddi təhdidlə üzləşməyəcəyi müddətdə Hörmüz boğazını bağlamayacaq”. APA-nın məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib. Onun sözlərinə görə, Hörmüz boğazını bağlamaq İranın strateji planı deyil: “Əksinə bizim strateji hədəfimiz Fars körfəzində sülh və sabitliyi qorumaqdır. Biz Hörmüz boğazının sülh və sabitlik boğazı olmasını və açıq qalmasının lazım olduğuna inanırıq”. Məhəmməd Xəzai deyib ki, İran bölgədəki qonşuları ilə birlikdə Fars körfəzində sülh və sabitliyin qorunması üçün çalışır: “Əgər xarici qüvvələr Fars körfəzində problem yaratsalar, İran və bölgədəki digər ölkələrin özlərini müdafiə etmək haqları var. Onda da hər bir ölkə təbii olaraq özünü müdafiə edəcək və hər cür variant da masanın üzərində olacaq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR