Bank Of Baku

İranda 8 nəfər internetdə İslamla bağlı müzakirə apardıqları üçün azadlıqdan məhrum edilib

İranda 8 nəfər internetdə İslamla bağlı müzakirə apardıqları üçün azadlıqdan məhrum edilib
# 21 yanvar 2012 14:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda bir qadın və 7 siyasi fəal internetdə İslamla bağlı müzakirə apardıqları üçün azadlıqdan məhrum edilib.

APA-nın məlumatına görə, Kamran Ayazi, Laden Mustofi, Haniyə Sane Fərşi, Hüccətullah Nikuyi, Məhəmmədrza Punəki, Məhəmmədrza Əxlaqi, Səpehr İbrahimi və Əmir Lətifi internet qrupların birində İslam dinin qaydaları ilə bağlı müzakirə və mübahisə etdikləri üçün 2011-ci ilin fevral ayında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.

Allaha müharibə elan etməkdə, İslam dini və İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyini təhqir etməkdə təqsirləndirilən 8 nəfərin işinə Tehran İnqilab Məhkəməsində baxılıb və qərar çıxarılıb. Yayılan xəbərə görə, onlar işgəncə altında irəli sürülən bütün ittihamları etiraf ediblər. Karman Ayazi 9 il, Laden Mustofi 5 il, Haniyə Sane Fərşi 7 il, Hüccətullah Nikuyi 5 il, Məhəmmədrza Punəki 6 il, Məhəmmədrza Əxlaqi 6 il, Səpehr İbrahimi 8 il və Əmir Lətifi 7 il azadlıqdan məhrum edilib. Hazırda məhbuslar Tehranın Evin zindanında saxlanılır.

Qeyd edək ki, Təbriz sakini olan Haniyə Sane Fərşi azərbaycanlıdır və indiyədək heç bir siyasi fəaliyyəti olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR