Bank Of Baku

İranda “Barbi” kuklalarını satan mağaza qalmayacaq

İranda “Barbi” kuklalarını satan mağaza qalmayacaq
# 21 yanvar 2012 15:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran polisi “Barbi” kuklalarını satan bütün dükanları bağlayacaq. APA-nın məlumatına görə, bu barədə İran Polis İdarəsinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, bu oyuncaqları satan bütün mağazaların sahibləri də cəzalandırılacaq: “Barbi” kuklaları Qərb mədəniyyətini əks etdirir. Bu yolla İranda Qərb mədəniyyətini yaymağa çalışırlar. Artıq bu oyuncağı satan onlarla mağaza bağlanıb və sahibləri də məhkəməyə verilib. İranda “Barbi” kuklalarını satan mağaza qalmayacaq”.

Qeyd edək ki, İranda bir müddət əvvəl “Barbi” kuklaların satışına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR