Bank Of Baku

İran Mərkəzi Bankının sədri: «Dünya Bankı və BVF İran Mərkəzi Bankına sanksiya tətbiq edilməsinə qarşıdır»

İran Mərkəzi Bankının sədri: «Dünya Bankı və  BVF İran Mərkəzi Bankına sanksiya tətbiq edilməsinə qarşıdır»
# 08 may 2012 00:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Dünya Bankı İranın Mərkəzi Bankına sanksiya tətbiq edilməsinə qarşı çıxıb”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Mərkəzi Bankının sədri Mahmud Behməni açıqlama verib. O bildirib ki, bir çox ölkələr İranın Mərkəzi Bankına qarşı qəbul edilən sanksiyaların ləğv olunmasının tərəfdarıdır: “Həmin ölkələr İranla yenidən ticarət əlaqələrinə başlamaq istəyirlər. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) İranın Mərkəzi Bankına qarşı sanksiya tətbiq edilməməsini dəstəkləyiblər”. M.Behməni əlavə edib ki, BVF İranın sanksiyalara qarşı tələblərini məntiqli hesab edərək, bu problemlərin həlli üçün çalışacağına söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR