Bank Of Baku

«Əl-Qaidə»nin yeni nəsil bombanın köməyilə terror aktı həyata keçirmək cəhdi baş tutmayıb

«Əl-Qaidə»nin yeni nəsil bombanın köməyilə terror aktı həyata keçirmək cəhdi baş tutmayıb
# 08 may 2012 01:46 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları «Ərəbistan yarımadasında Əl-Qaidə» təşkilatının yeni nəsil bombanın köməyilə ABŞ-a uçan təyyarəni partlatmaq cəhdinin qarşısını alıblar. Bu barədə APA Assoşieyted Press agentliyinə istinadən məlumat verir.

Məlumata görə, «Əl-Qaidə» ötən il mayın 2-də məhv edilmiş Üsamə bin Ladenin ölümünün ildönümündə terror aktı həyata keçirmək istəyirmiş.

Yeni bomba 2009-cu ildə nigeriyalı Ömər Faruk Əbdülmütəllibin Amsterdam-Detroyt təyyarəsində partlatmaq istədiyi qurğunun təkmilləşmiş variantıdır. 3 il əvvəl bombanın düzgün işə salmadığına görə Əbdülmütəllib özü yaralanmış və sərnişinlər tərəfindən zərərsizləşdirlmişdi. Hazırda o ABŞ həbsxanasındadır.

Federal Təhqiqat Bürosunun əməkdaşları bildiriblər ki, yeni bombada metal olmadığı üçün onu hava limanlarında quraşdırılmış metal detektorlarından keçirmək mümkündür.

ABŞ rəsmilərinin fikrincə, bombanın müəllifi Səudiyyə Ərəbistanında axtarışda olan İbrahim Həsən əlğ-Əsiridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR