Bank Of Baku

ABŞ və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları “Əl-Qaida”-nın planlaşdırdığı terror aktının qarşısını alıblar

ABŞ və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları “Əl-Qaida”-nın planlaşdırdığı terror aktının qarşısını alıblar
# 09 may 2012 04:45 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı “Əl-Qaida”-nın aprel ayında ABŞ-ın sərnişin təyyarəsini partlatmaq planının qarşısını alıblar.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, ekstremist qruplaşmasına daxil olan xüsusi xidmət orqanının əməkdaşı terrorçulara ABŞ təyyarəsini partlatmaq təklif edib. Bu məqsədlə ekstremistlərin verdiyi partlayıcı qurğu mütəxəssislər tərəfindən öyrənilir. Bu terror aktı “Əl-Qaida”-nın lideri Usama Ben Ladenin ABŞ-ın xüsusi təyinatları tərəfindən öldürdüyü ildönümü günü baş tutmalı idi.
“Əl-Qaida”-nın planına görə, terrorçu-kamikadze metaldan olmayan partlayıcı qurğunu öz paltarında təyyarəyə keçirəcəkdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR