Bank Of Baku

İran mart ayında Türkiyədən 480 milyon dollarlıq qızıl idxal edib

İran mart ayında Türkiyədən 480 milyon dollarlıq qızıl idxal edib
# 09 may 2012 11:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə Statistika İdarəsi İranın 2012-ci ilin mart ayında Türkiyədən 480 milyon dollarlıq qızıl idxal etdiyini açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu da ötən ilin mart ayı ilə müqayisədə 37% çoxdur.

“Bloomberg” xəbər saytı isə Türkiyənin ABŞ-a İrandan neft idxalını 20% azaldacağına dair vəd verməsinə baxmayaraq, bu ölkə ilə ticarət həcmini 2012-ci ilin ilk kvartalında ötən ilin eyni dövrünə nisbətən 47% artırdığını yazıb. “Bloomberg” həmçinin bu ilin ilk dövründə iki ölkə arasında ticarət həcminin 4.8 milyard dollar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR