Bank Of Baku

İndoneziyada nümunəvi uçuş keçirən Rusiya sərnişin təyyarəsi yoxa çıxıb

İndoneziyada nümunəvi uçuş keçirən Rusiya sərnişin təyyarəsi yoxa çıxıb
# 09 may 2012 14:26 (UTC +04:00)
Bakı – APA. İndoneziyanın paytaxtı Cakarta şəhərində nümunəvi uçuş keçirən Rusiyanın yeni “Sukhoi SuperJet-100” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra radar ekranlarından itib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Asiyanın 6 ölkəsinə nümayiş turuna çıxan yeni təyyarə Cakartadan 100-120 kilometr aralıda, Boqor rayonu ərazisində yoxa çıxıb. Təyyarədə 8-i Rusiya vətəndaşı olmaqla 44 nəfər olub.

İndoneziya aviasiya xidmətindən bildiriblər ki, hadisə barədə polis, Hərbi Hava və Quru Qüvvələri məlumatlandırılıb. Qaranlıq olması, dumanlı və yağışlı hava şəraiti axtarışları çətinləşdirir. Rusiya və İndoneziya tərəfinin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Rusiyanın İndoneziyadakı səfiri hadisəni öyrəndikdən sonra Cakarta hava limanına gedib.

SSJ-100 avialayneri İndoneziyaya gəlməzdən əvvəl Pakistan, Myanma və Qazaxıstanda bu ölkələrin siyasi və hərbi rəhbərliyi üçün nümunəvi uçuşlar keçirib. İndoneziyadan sonra Laos və Vyetnama da səfərlər nəzərdə tutulmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR