Bank Of Baku

Hindistan İrandan neft idxalını 25%-ə qədər artırıb

Hindistan İrandan neft idxalını 25%-ə qədər artırıb
# 09 may 2012 21:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Hindistanın İrandan neft idxalı artıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Hindistanın “Financial Express” qəzeti xəbər yayıb. Qəzetin yazdığına əsasən, Hindistanın İrandan neft idxalı 2012-ci ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 25%-ə qədər artıb. Bu da həmin dövrdə gündəlik 405 min barel neft idxalı deməkdir.
Qeyd edək ki, ötən il Hindistanın İrandan neft idxalı ödəmələrdə yaranmış çətinliklər səbəbindən azalmışdı. Hindistan neftə olan tələbatının 9 faizini İran nefti hesabına təmin edir və bu ölkədən gündəlik 370 min barel neft idxal edir. Ancaq ABŞ dövlət katibi Hillari Klintonun Hindistana səfərindən sonra bu ölkənin neft-kimya şirkətlərinin nümayəndələri İrandan idxal etdikləri neftin həcmini 20 faiz azaldacaqlarını bildiriblər. Onlar İrandan aldığı illik 17,5 milyon ton neftin həcmini bu il 14 milyon tona qədər azaldacaqlarını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR