Bank Of Baku

İranlı deputat: «İran heç vaxt uranın zənginləşdirilməsi haqqından vaz keçməyəcək»

İranlı deputat: «İran heç vaxt uranın zənginləşdirilməsi haqqından vaz keçməyəcək»
# 09 may 2012 23:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran heç vaxt uranın zənginləşdirilməsi haqqından vaz keçməyəcək”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali bildirib. Onun sözlərinə görə, İran heç bir ön şərti qəbul etməyəcək: “İran xoş məram nümayiş etdirərək müzakirələrə başladı və İstanbul müzakirələri strategiyasının konstruktiv olacağına, Bağdad müzakirələrinin də İstanbul müzakirələri kimi keçiriləcəyinə inanır”.
Qeyd edək ki, Avropa Birliyi uranın zənginləşdirilməsini dayandırılması tələbi ilə İrana müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR