Bank Of Baku

Benyamin Netanyahu: “İran yaranmış narahatlığı aradan qaldırmaq üçün üç tələbi yerinə yetirməlidir”

Benyamin Netanyahu: “İran yaranmış narahatlığı aradan qaldırmaq üçün üç tələbi yerinə yetirməlidir”
# 10 may 2012 10:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın nüvə proqramı ilə bağlı İsrailə səfər edib. APA-nın məlumatına görə, o, səfər çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə İsrailin xarici işlər naziri Aviqdor Liberman, müdafiə naziri Ehud Barak və digər rəsmilər iştirak edib. Görüşdə mayın 23-də İraqın paytaxtı Bağdad şəhərində İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti müzakirələr əsas müzakirə mövzusu olub.

B. Netanyahu bildirib ki, İran yaranmış narahatlığı aradan qaldırmaq üçün üç tələbi yerinə yetirməlidir: “Birincisi, İran uranın zənginləşdirilməsini dayandırmalıdır, ikincisi, uranın ölkə xaricində zənginləşdirilməsi ilə razılaşmalıdır və nəhayət, üçüncüsü, İran Qum şəhəri yaxınlığındakı Fordo yeraltı nüvə obyektinin fəaliyyətini dayandırmalı və tamamilə bağlamalıdır”.

Onun sözlərinə görə, İranın müzakirələr başlayandan bəri nüvə proqramını inkişaf etdirmək üçün zamandan öz xeyrinə istifadə etmədiyini heç kim söyləyə bilməz: “İranın nüvə proqramını dayandırmaq niyyəti yoxdur. İran dünya ictimaiyyətinin tələblərinə baxmayaraq, uranın zənginləşdirilməsini dayandırmayacağını açıqlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR