Bank Of Baku

Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb
# 10 may 2012 19:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Əfqanıstanın İrandakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, buna səbəb son günlər Əfqanıstan mətbuatında İranın bu ölkədəki səfiri Əbülfəzl Zöhrəfənd haqda qərəzli yazıların dərc olunmasıdır. Görüşdə Əfqanıstan hökumətindən İran səfirinə qarşı həyata keçirilən çirkin kampaniyanın qarşısını almaq və iki ölkə arasında dostluq münasibətinə xələl gətirməyə çalışan qüvvələri cəzalandırmaq tələb olunub. Eyni zamanda görüşdə İranın Əfqanıstanla ABŞ arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalamasından narahatlığı bildirilib, həmçinin ABŞ hərbi bazalarının region üçün əsas təhlükə mənbəyi olduğu qeyd edilib.
Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili isə öz növbəsində İranın narahatlıqlarını tezliklə öz hökumətinə çatdıracağına söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR