Bank Of Baku

ABŞ İrana qarşı neft sanksiyasını müzakirə etmək üçün Hindistana xüsusi nümayəndə göndərəcək

ABŞ İrana qarşı neft sanksiyasını müzakirə etmək üçün Hindistana xüsusi nümayəndə göndərəcək
# 11 may 2012 16:47 (UTC +04:00)
Könül Cəfərli – APA. ABŞ Hindistan rəsmiləri ilə İrana qarşı neft sanksiyasını müzakirə etmək üçün bu ölkəyə xüsusi nümayəndə göndərəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, səfərin məqsədi Hindistanı İrana qarşı sanksiyalara qoşulmağa razı salmaqdır. Adı açıqlanmayan xüsusi nümayəndənin gələn həftə Hindistana səfər edəcəyi və Dehli rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Hindistan ABŞ-dan Fars körfəzindən idxal etdiyi neftin təhlükəsizliyini təmin etməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR