Vyanada «altılıq» ölkələri İranla bağlı toplantı keçirəcək
12 may 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mayın 14-də «altılıq» ölkələrinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndələri Vyana şəhərində (Avstriya) bir araya gələcəklər. APA-nın IRNA agentliyinə istinadən məlumatına görə, yığıncaqda ötən üç ay müddətində İranla Agentlik arasında aparılan danışıqların nəticələri əsas müzakirə mövzusu olacaq. ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri arasında baş tutacaq toplantıda İranın mayın 23-də Bağdadda «altılıq» ölkələri ilə keçirəcəyi növbəti müzakirələrdə ciddiliyini göstərəcək sənədlər araşdırılacaq.
Asiya
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları göndərilib
00:14
20 may 2024
SEPAH komandanı: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
23:23
19 may 2024
Türkiyə XİN: İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik
21:30
19 may 2024
Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - VİDEO - YENİLƏNİB-6
20:07
19 may 2024