Bank Of Baku

Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsini dayandırmadan davam etdirəcək”

Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsini dayandırmadan davam etdirəcək”
# 12 may 2012 23:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran uranın zənginləşdirilməsini dayandırmadan davam etdirəcək”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib. Onun sözlərinə görə, İran mövqeyini açıq şəkildə ortaya qoyub: “Biz hesab edirik ki, nüvə silahlarının qarşısının alınması üçün sülh məqsədli nüvə fəaliyyətləri rəsmi olaraq tanınmalıdır. İran NPT müqaviləsinə bağlıdır və AEBA ilə əməkdaşlığı davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR