Ketrin Eşton: “İranla “altılıq” ölkələri arasında keçiriləcək növbəti müzakirələrdən böyük gözləntilərimiz var”
13 may 2012 04:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Mayın 23-də İranla “altılıq” ölkələri arasında Bağdadda keçiriləcək növbəti müzakirələrə optimist yanaşırıq və bu görüşdən böyük gözləntilərimiz var”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, müzakirələrin ümidləri doğruldacağına inam var: “Biz görüşün İranın hərbi məqsədli nüvə proqramından vaz keçməsi ilə nəticələnməsini istəyirik”.
Asiya
Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
00:47
19 may 2024
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
21:35
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024
İsrail Ordusu "İslami Cihad" qruplaşmasının rəhbərlərindən birini sıradan çıxarıb
11:29
18 may 2024