Bank Of Baku

Danimarkanın xarici işlər naziri: “Danimarka İrana qarşı hərbi əməliyyata qoşulmayacaq”

Danimarkanın xarici işlər naziri: “Danimarka İrana qarşı hərbi əməliyyata qoşulmayacaq”
# 14 may 2012 08:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı hərbi əməliyyat həyata keçirmək çox təhlükəli bir addım olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Danimarkanın xarici işlər naziri Villi Sovndal açıqlama verib. O bildirib ki, ölkəsi İrana qarşı heç bir hərbi əməliyyata qoşulmayacaq: “İranın nüvə obyektlərinə istənilən hücum ən azı bu ölkənin nüvə fəaliyyətlərini gecikdirə bilər. Lakin hərbi müdaxilə Tehranın nüvə proqramından əl çəkməsinə səbəb olmayacaq. Bu ölkə yenə də nüvə fəaliyyətlərinə davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR