Bank Of Baku

İran kosmosa yeni peyk göndərəcək

İran kosmosa yeni peyk göndərəcək
# 14 may 2012 12:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran mayın 23-də kosmosa yeni peyk göndərəcək. APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, “Fəcr” adlı yeni peyk İranın bundan əvvəl göndərdiyi 3 peyklə müqayisədə daha müasir texnologiyalarla təchiz olunub. “Fəcr” İranın “Səfir-1B” peyk daşıyanı vasitəsilə kosmosa buraxılacaq. İran başqa iki peykini də kosmosa göndərmək üçün hazırlıq işləri görür.

Qeyd edək ki, İran kosmosa 2009-cu ilin fevral ayında “Ümid”, 2011-ci ilin iyun ayında “Rəsəd”, bu ilin fevral ayında isə “Nəvid” adlı peyklərini göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR