Bank Of Baku

Livanda sünni-ələvi qarşıdurmasında 8 nəfər həlak olub

Livanda sünni-ələvi qarşıdurmasında 8 nəfər həlak olub
# 15 may 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Livan ordusu Beyrutdan 90 kilometr məsafədə yerləşən Tripoli şəhərinə əsgər və zirehli texnika göndərməyə məcbur olub. Hərbçilər şəhərin mərkəzi meydanını islamçılardan təmizləmək fikrindədirlər.

Dünən axşam saatlarında islamçılar Tripolinin Nur meydanını ələ keçiriblər. Onlar həbsdə olan islamçı fəalların azad olunmasını tələb edirlər.

Livanın şimal paytaxtı sayılan Tripolidə artıq bir neçə gündür ki, sünnilər və ələvilər arasında atışma davam edir. Qarşıdurmada 8 nəfər həlak olub, 76 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR