Bank Of Baku

Pakistanda partlayış nəticəsində 9 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 9 nəfər ölüb
# 01 sentyabr 2012 03:52 (UTC +04:00)
Bakı-APA. Pakistanın Peşəvər şəhərində baş verən partlayış nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlər arasında iki az yaşlı uşaq da var.

İnsident bazar yaxınlığındakı avtomobil təmiri sexində baş verib.

Polisin verdiyi məlumata görə partlayıcı qurğu təmir sexinə gətirilən avtomobilə quraşdırılıb və uzaqdan idarəedici vasitəsilə işə salınıb.

Partlayış qurbanlarının sayı barədə ziddiyyətli məlumatlar varr.

Yerli AAJ TV-nin məlumatına görə partlayış nəticəsində 11 nəfər dünyasını dəyişib, lakin ölkənin səhiyyə nazirliyi 9 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirir.

Pakistanın bomba üzrə mütəxəssisləri partlayışda 40 kq partlayıcıdan istifadə edildiyini və buna görə insan tələfatı ilə yanaşı ətrafdakı ev və nəqliyyat vasitələrinə ciddi ziyan dəydiyini qeyd ediblər.

Partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR