Bank Of Baku

FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb  - VİDEO  - YENİLƏNİB
# 26 iyun 2026 18:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:58

İsmayıllı sakini su kanalında batıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayıllı rayon Qubaxəlilli kənd sakini Rəvan Məhərrəmov su kanalında çimərkən batıb.

Hazırda onun axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR