Bank Of Baku

Bəhreyn İrana nota verib

Bəhreyn İrana nota verib
# 03 sentyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bəhreyn İrana nota verib. APA-nın məlumatına görə, buna səbəb İran dövlət televiziyasının Misir prezidenti Məhəmməd Mursinin avqustun 26-31-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI zirvə toplantısındakı çıxışını təhrif etməsidir. Məsələ ilə bağlı Bəhreyn xarici işlər nazirinin müavini Hamid əl-Əmir İranın Bəhreyndəki səfirliyinin müvəqqəti işlər vəkili Mehdi İslamini bu ölkənin xarici siyasət idarəsinə çağıraraq notanı ona təqdim edib. Sənəddə son hadisənin Bəhreyn-İran əlaqələrinə zərər verəcəyi qeyd olunaraq İran hökumətinin üzr istəməsi tələb olunub.

Qeyd edək ki, İran dövlət televiziyası Misir prezidenti Məhəmməd Mursinin avqustun 26-31-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI zirvə toplantısında Bəşər Əsəd rejimini hədəf alan sözləri əsnasında işlətdiyi “Suriya” ifadəsini “Bəhreyn” olaraq təqdim edib. Ancaq Misir Xarici İşlər Nazirliyindən yayılan açıqlamada ölkə prezidentinin çıxışında Bəhreyn dövlətinin adını çəkmədiyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR