Bank Of Baku

Benyamin Netanyahu qərb ölkələri və ABŞ-ın İrana qarşı mübarizədə səylərini yetərli saymır

Benyamin Netanyahu qərb ölkələri və ABŞ-ın İrana qarşı mübarizədə səylərini yetərli saymır
# 03 sentyabr 2012 10:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, qərb ölkələri və ABŞ İrana qarşı mübarizədə yetərincə səy göstərmir: “Tehranın atom silahı istehsal etməsinə icazə verilməməlidir. Bunun qarşısını almaq üçün beynəlxalq aləmin İrana qarşı “qırmızı xətt”i olmalıdır. Tehran “qırmızı xətti” görməyincə nüvə proqramını dayandırmayacaq. Sanksiyalar nüvə proqramının qarşısını almır. İran müzakirələri uzadaraq nüvə silahı istehsal etmək üçün zaman qazanır”.

B. Netanyahu avqustun 26-31-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI zirvə toplantısı haqqında da danışıb: “Dünyanın 120 ölkəsinin dövlət başçısı və nümayəndəsinin iştirak etdiyi sammitdə İranın ali dini lideri, ayətullah Xamneyi İsrailə qarşı anti-semit sözlər istifadə etdi, heç bir iştirakçı bu çıxışa etiraz olaraq toplantını tərk etmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR