Bank Of Baku

İranlı admiral: “ABŞ hərbi gəmiləri hər hansı səhvə yol versə, Fars körfəzindən salamat çıxmayacaq”

İranlı admiral: “ABŞ hərbi gəmiləri hər hansı səhvə yol versə, Fars körfəzindən salamat çıxmayacaq”
# 05 sentyabr 2012 15:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “ABŞ hərbi gəmiləri hər hansı səhvə yol versə, Fars körfəzindən salamat çıxmayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Əli Fədəvi deyib.

Onun sözlərinə görə, Fars körfəzində təhlükəsizlik “Sepah” tərəfindən təmin olunur: “Son illər ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olmaq üçün normal giriş nöqtələrindən istifadə etmir. Onlar sanki şosedə tərs istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə bənzəyirlər. ABŞ hərbi gəmiləri digər gəmilərin çıxdığı nöqtədən daxil olduğu üçün bu yaxınlarda qəza baş verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR