Bank Of Baku

Pan Gi Mun: “Hazırda əsas mövzu İranın nüvə proqramıdır və BMT Təhlükəsizlik Şurası da diqqətini bu məsələyə yönəldib”

Pan Gi Mun: “Hazırda əsas mövzu İranın nüvə proqramıdır və BMT Təhlükəsizlik Şurası da diqqətini bu məsələyə yönəldib”
# 20 sentyabr 2012 12:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. BMT baş katibi Pan Gi Mun İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsindən məmnun qaldığını deyərək bu görüşlərin ən qısa zamanda müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, baş katib Türkiyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında İranın mübahisəli nüvə proqramına dair keçirilən görüşə toxunaraq müzakirələrin tezliklə nəticə verməsini və tərəflərin razılaşma əldə etmələrini istəyib. P. G. Mun İsrailin nüvə silahlarına sahib olması ilə bağlı verilən sualları cavabsız qoyaraq hazırda əsas mövzunun İranın nüvə proqramı olduğunu və BMT Təhlükəsizlik Şurasının da diqqətini bu məsələyə yönəltdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR