Bank Of Baku

“Reuters”: İran Suriyaya hər gün tonlarla silah daşıyır

“Reuters”: İran Suriyaya hər gün tonlarla silah daşıyır
# 21 sentyabr 2012 08:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi kəşfiyyat hesabatına istinadən xəbər yayıb.

Hesabata əsasən ABŞ Tehranın yaxın müttəfiqi olan Suriyaya silah daşıdığından şübhə duyulan İran təyyarələrinin İraq hava məkanından istifadə etmələri barədə Bağdaddan izahat istəyib. İraq isə hava məkanından silah daşınmasına icazə vermədiyini deyib. Hesabatda Suriyaya silah daşınması ilə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) məşğul olduğu, İraq vasitəsilə az qala hər gün Suriya təhlükəsizlik qüvvələrinə tonlarla silah daşıdığı bildirilir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi İran hava yolları şirkətlərinə məxsus 117 təyyarəni Suriyaya silah daşımaqda ittiham edərək onları “qara siyahı”ya saldığını açıqlayıb. Bu təyyarələrin ABŞ-ın sanksiyalarına məruz qalmuş “İran Air”, “Mahan Air” və “Yas Air” şirkətlərinə məxsus olduğu açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR