Bank Of Baku

Əli Laricani: “İrana hərbi müdaxilə bu istəyi həyata keçirmək istəyənlər üçün çox acı nəticələrə gətirib çıxaracaq”

Əli Laricani: “İrana hərbi müdaxilə bu istəyi həyata keçirmək istəyənlər üçün çox acı nəticələrə gətirib çıxaracaq”
# 21 sentyabr 2012 08:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana hər hansı hərbi müdaxilə bu istəyi həyata keçirmək istəyənlər üçün çox acı nəticələrə gətirib çıxaracaq”. APA-nın məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani Böyük Britaniyada nəşr olunan “The Financial Times” qəzetinə müsahibəsində deyib. O bildirib ki, ABŞ-da özünü prezident Barak Obamadan sərt göstərməyə çalışan Mit Romninin iqtidara gəlməsi bu ölkənin xarici siyasətində elə də böyük dəyişikliyə səbəb olmayacaq: “ABŞ-da qərarları fərdlər deyil, siyasi sistemlər verir. Ona görə də nəzərəçarpan dəyişikliklərin olacağını düşünmürəm”.

Ə. Laricani İranın yalnız sülh məqsədli nüvə texnologiyaları ilə maraqlandığını vurğulayıb: “ABŞ prezidenti və dövlət katibi də dəfələrlə İranın nüvə enerjisindən istifadə haqqını tanıdıqlarını söyləyiblər. Ancaq müzakirələr zamanı bir-birindən fərqli fikirlər söyləyirlər”.

İran parlamentinin sədri ölkəsində gələn ilin yayında keçiriləcək prezident seçkisinə də münasibət bildirib: “Hələlik heç bir planım yoxdur. Prezident seçkisi üçün hazırlanan müxtəlif siyasətçilər var və kimin daha müvəffəqiyyətli olduğunu izləməkdəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR