Bank Of Baku

İran hökuməti internetə tətbiq olunan senzuranı qismən aradan qaldıracaq

İran hökuməti internetə tətbiq olunan senzuranı qismən aradan qaldıracaq
# 21 sentyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran hökuməti internetə tətbiq olunmuş senzuranı qismən aradan qaldırmağı planlaşdırır. APA-nın mühafizəkar khabaronline.ir xəbər saytına istinadən məlumatına görə, ölkədə “facebook” və “twitter”in də daxil olduğu bir çox sosial şəbəkələrlə yanaşı, çat-forumlar da qadağandır. İran hökuməti isə ölkədə ailə quranların sayının getdikcə azalmasından narahat olmağa başlayıb. Ona görə də gözlənilməz addım ataraq izdivac saytlarına icazə verməyə hazırlaşır.

İranın idman və gənclik naziri Məhəmməd Abbasi bildirib ki, izdivac saytları yaxında qanuniləşdiriləcək: “Saytlara icazə vermək səlahiyyəti İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin əlindədir. “Ailə haqqında” qanuna düzəlişlər tamamlandığında iki nazirlik arasında izdivac saytlarına icazə verilməsi üçün görüş keçiriləcək”.

Qeyd edək ki, İranın din xadimləri isə ailə quranların və doğumun sayının azaldığını bildirərək, universitetlərdə qadın tələbələrin sayının artmasından narahat olduqlarını vurğulayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR