İranda hərbi parad keçirilib - FOTOSESSİYA
21 sentyabr 2012 14:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün İranın paytaxtı Tehran şəhərində “Müqəddəs müdafiə həftəsi” çərçivəsində hərbi parad keçirilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, mərasimdə İran prezidenti Mahmud Əhmədinejad və digər ölkə rəsmiləri iştirak edib. Hərbi paradda “Rapir” və “Şahin” raket sistemləri, hava hücumundan müdafiə topları və “Xatəmül Ənbiya” hava hücumundan müdafiə qərargahına aid radar sistemləri nümayiş etdirilib. Bundan əlavə, hərbi paradda İran özünün “S-200” uzaq mənzilli havadan müdafiə sistemini də ictimaiyyətə təqdim edib. Sistemə iki yeni raket də əlavə olunacaq. Eyni zamanda İran İslam İnqilabı Keşikçilər Korpusunun “Rəd” havadan müdafiə sistemi də ilk dəfə nümayiş etdirilib. “Tair-2” raketləri ilə təchiz olunmuş sistem vasitəsilə 50 kilometr uzaqlıqdakı və 75 min fut yüksəklikdəki hədəfləri vurmaq mümkündür.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024