Bank Of Baku

“Reuters”: “İran Suriyaya hər gün on tonlarla silah daşıyır”

“Reuters”: “İran Suriyaya hər gün on tonlarla silah daşıyır”
# 21 sentyabr 2012 18:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Suriyada 18 aydır sürən üsyanı yatırmaq üçün İraqın hava məkanından istifadə edərək, sərnişin təyyarələri ilə Şama hərbi personal və külli miqdarda silah daşıyıb. APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi kəşfiyyat hesabatına istinadən xəbər yayıb. Məlumatda Suriyaya hər gün silah daşındığı belə qeyd olunub. Hesabata əsasən, ABŞ Tehranın yaxın müttəfiqi olan Şama silah daşıdığından şübhələnilən İran təyyarələrinin İraq hava məkanından istifadə etmələri barədə Bağdaddan məlumat istəyib. İraq isə hava məkanından silah daşınmasına icazə vermədiyini bildirib. Hesabatda Suriyaya silah daşınması ilə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) məşğul olduğu bildirilir. Eyni zamanda hesabatda İrandan İraq yoluyla az qala hər gün uçan təyyarələrin “Sepah”ın personalı və üsyançılara qarşı döyüşən Suriya təhlükəsizlik qüvvələri və milislərinə on tonlarla silah daşıdığı vurğulanıb. Hesabatda həmçinin İranın Suriyaya Türkiyə hava məkanından istifadə etməklə silah daşıya bilmədiyi qeyd olunub. Buna səbəb kimi isə Türkiyənin Suriya ilə bağlı mövqeyi göstərilib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi yaydığı bəyanatda İran hava yolları şirkətlərinə məxsus 117 təyyarəni Suriyaya silah daşımaqda ittiham edərək “qara siyahı”ya saldığını açıqlayıb. Bu təyyarələrin ABŞ-ın sanksiyalarına məruz qalmış “Iran Air”, “Mahan Air” və “Yas Air” şirkətlərinə məxsus olduğu bildirilib. Həmin təyyarələrin Bəşər Əsəd rejiminə humanitar yardım adı altında “Sepah”a bağlı “Qüds” qanadının hərbçilərini və silah daşıdığı qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR