Bank Of Baku

İranda 3 nəfər edam olunub

İranda 3 nəfər edam olunub
# 22 sentyabr 2012 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şahrud şəhərində 3 nəfər edam olunub. APA-nın məlumatına görə, bu barədə Şahrud şəhərinin prokuroru Əlirza Hacqulami açıqlama verib. Onun sözlərinə görə, dar ağacına çəkilən şəxslər narkotik qaçaqmalçılığında günahlandırılıb.
Qeyd edək ki məhbusların yalnız ad və soyadlarının baş hərfləri bildirilib. Bunlar M. M., A. M və Ş. R.-dir. Onların barəsində Şahrud İnqilab Məhkəməsi edam hökmü çıxarıb və qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhbusların əfv ilə bağlı müraciətləri isə rədd edilib. Hökm sentyabrın 20-də səhər saatlarında Şahrud şəhərinin həbsxanasında icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR